Bank Of Baku

Azərbaycan fond bazarında brokerlərin may ayı üçün renkinqi

Azərbaycan fond bazarında brokerlərin may ayı üçün renkinqi
# 07 iyun 2018 09:57 (UTC +04:00)

2018-ci ilin may ayında Azərbaycanın qiymətli kağızlar bazarında (repo əməliyyatlar bazarı istisna olmaqla) brokerlərin renkinqinə göstərilən xidmətlərin həcminə görə “Paşa Kapital İnvestisiya Şirkəti” QSC başçılıq edib.

 

Bakı Fond Birjasından “APA-Economics”ə verilən məlumata görə, şirkət ümumi dəyəri 2  mlrd. 666 mln. 673,902 min manat olan broker xidmətləri göstərib.

 

İkinci yeri ümumi həcmi 1 mlrd. 407 mln. 87,946 min manat olan broker xidmətləri göstərmiş “AzFinance İnvestisiya Şirkəti” QSC tutur.

 

Renkinqdə üçüncü yerdə 620 mln. 890,454 min manat olan broker xidmətləri göstərmiş “Xalq Kapital İnvestisiya Şirkəti” QSC, dördüncü yerdə 373 mln. 548,717 min manatla “Unicapital İnvestisiya Şirkəti” ASC, beşinci yerdə 130 mln. 114,308 min manatla “PSG Kapital İnvestisiya Şirkəti” QSC, altıncı yerdə isə 118 mln. 479,191 min manatla “İnvest-Az İnvestisiya Şirkəti” QSC qərarlaşıb.

 

 

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR