Bank Of Baku

Azərbaycan gömrükçüləri qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən pirotexniki vasitələr və mobil telefonları aşkar edib

Azərbaycan gömrükçüləri qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən pirotexniki vasitələr və mobil telefonları aşkar edib
# 10 dekabr 2014 09:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycanın gömrük orqanları qaçaqmalçılıq hallarına qarşı mübarizə tədbirlərini davam etdirir.  

 

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında, “Sınıq Körpü” gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşı Babayev İsa Sabir oğlunun etibarnamə ilə idarə etdiyi “Mercedes Benz” markalı, 10-LD-955 dövlət qeydiyyat nişanlı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib.

 

Baxış zamanı nəqliyyat vasitəsinin mühərrik sisteminin yanından və avtomobilin yük yerindən 1 889 ədəd pirotexniki vasitələr və 43 ədəd müxtəlif markalı mobil telefonlar, Rusiyadan Gürcüstan ərazisindən tranzit keçməklə Azərbaycana idxal nəqliyyat xətti ilə gələn Rusiya vətəndaşı Qorodinskiy Artur Alekseyeviçin idarə etdiyi “Lada 219110” markalı, M908TA161 dövlət qeydiyyat nişanlı minik avtomobilinə isə gömrük baxışı zamanı həmin avtomobilin yük yerindən və avtomobilin salonundan 1 ədəd dəyənək, 213 ədəd müxtəlif markalı mobil telefonlar və 176 ədəd mobil telefonlar üçün aksesuarlar gömrük nəzarətinə bəyan olunmamış şəkildə aşkar edilərək saxlanılıb.

 

Hər iki faktla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində təhqiqat aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR