Bu ilin yanvar-may ayları ərzində Azərbaycan 9 mln. 851,52 min ABŞ dolları dəyərində 21 min 800,16 ton şəkər idxal edib.
“APA-Economics” xəbər verir ki, bu barədə məlumat Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatında yer alıb.
Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin 5 ilə müqayisədə 103 min 278,77 ton və ya 5,74 dəfə azdır. Məbləğ baxımından isə illik nisbətdə 49 mln. 998,41 min dollar və ya 6,07 dəfə azdır.
Xatırladaq ki, 2017-ci ilin yanvar-may aylarında Azərbaycana xarici ölkələrdən 59 mln. 649,93 min dollar dəyərində 125 min 078,93 ton şəkər idxal edilib.
Qeyd edək ki, 2018-ci ilin yanvar-may aylarında şəkər idxalı Azərbaycanın ümumi idxalının 0,26%-ni təşkil edib.