Bank Of Baku

Azərbaycan xarici ticarət əməliyyatlarının həcmini 10%-ə yaxın azaldıb

Azərbaycan xarici ticarət əməliyyatlarının həcmini 10%-ə yaxın azaldıb
# 15 dekabr 2014 09:28 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 28 825 592,64 min ABŞ dolları təşkil edib.

 

APA-Economics”in Azərbaycan Dövlət Gömrük Komitəsinə (DGK) istinadən verdiyi məlumata görə, bu, ötən ilin müvafiq dövrünə nisbətən 9,13% azdır.

 

Bu ilin 11 ayı ərzində idxal əməliyyatları 8 112 131,96 min dollar olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 16,61% azdır.

 

Belə ki, yanvar-noyabr aylarında ölkənin ixrac əməliyyatları üzrə 20 713 460,68 min dollar olub ki, bu ötən ilin müvafiq dövrünə nisbətən 5,82% azdır.

 

Nəticədə 12 601 328,72 min dollar müsbət saldo yaranıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,74% çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR