Bu ilin yanvar-may ayları ərzində Azərbaycana 106 mln. 009,98 min ABŞ dolları dəyərində 5 565,43 ton əczaçılıq məhsulları idxal edilib.
Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.
Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin 5 ayı ilə müqayisədə 1 378,62 ton və ya 32,93% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 37 mln. 691,32 min dollar və ya 55,17% çoxdur.
Xatırladaq ki, 2017-ci ilin yanvar-may aylarında Azərbaycana xarici ölkələrdən 68 mln. 318,66 min dollar dəyərində 4 186,81 ton əczaçılıq məhsulları idxal edilib.
Qeyd edək ki, 2018-ci ilin yanvar-may aylarında əczaçılıq məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 2,75%-ni təşkil edib.