Bank Of Baku

Reaktiv mühərriklər üçün TC-1 markalı yanacağın gömrük rüsumundan azad edilməsi müddəti uzadılıb

Reaktiv mühərriklər üçün TC-1 markalı yanacağın gömrük rüsumundan azad edilməsi müddəti uzadılıb
# 06 noyabr 2017 14:54 (UTC +04:00)

Azərbaycana idxal edilən reaktiv mühərriklər üçün TC-1 markalı yanacağın gömrük idxal rüsumundan azad edilmə müddəti uzadılıb.

 

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı "Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 12 aprel tarixli 80 nömrəli qərarında dəyişikliklər edilməsi barədə" 2017-ci il 22 avqust tarixli qərarında dəyişiklik edib.

 

Nazirlər Kabinetinin 2017-ci il 22 avqust tarixli qərarına əsasən reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq 2017-ci iln 1 aprel tarixindən 2017-ci il 20 noyabr tarixinədək gömrük idxal rüsumundan azad olunub. Nazirlər Kabinetinin yeni qərarı ilə bu müddət 2018-ci il 31 yanvar tarixə qədər uzadılıb.

 

Nazirlər Kabineti "Azərbaycan Respublikasının ərazisinə gətirilən aksiz vergisinə cəlb olunan malların aksiz dərəcələrinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 19 yanvar tarixli 20 nömrəli qərarında dəyişikliklər edilməsi barədə" 2017-ci il 22 avqust tarixli qərarında dəyişiklik edib. Nazirlər Kabinetinin 2017-ci il 22 avqust tarixli qərarına əsasən reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq 1 ton üçün simvolik - 1 manat aksiz vergisi tətbiq olunub. Bu müddət  2017-ci il 1 aprel tarixindən 2017-ci il 20 noyabr tarixinədək dövrü əhatə edib. Yeni qərara əsasən bu müddət 2018-ci il 31 yanvar tarixə qədər uzadılıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR