Bank Of Baku

Azərbaycanda altı bank hələ də zərərlə işləyir

Azərbaycanda altı bank hələ də zərərlə işləyir
# 27 noyabr 2014 08:48 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda 6 bank hələ də zərərlə işləyir.

 

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, 2014-cü ilin noyabrın 1-nə ölkədə mənfəətlə işləyən bankların sayı ötən ilin müvafiq dövründəki kimi 38 təşkil edib.

 

Əvvəlki ayda olduğu kimi oktyabrda da 6 bank zərərlə işləyib.

 

Belə ki, oktyabr ayını ölkədə fəaliyyət göstərən 44 bankdan 38-i mənfəət, 6-sı isə zərərlə başa vurub. 38 bankın əldə etdiyi cəmi mənfəət 393,63 mln. manat təşkil etdiyi halda, 6 bankın məcmu zərəri 32,26 mln. manat olub. Beləliklə, bank sisteminin cəmi mənfəəti 361,37 mln. manat təşkil edib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisə də 26,46% və ya 75,62 mln. manat çoxdur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR