Bank Of Baku

Azərbaycanda büdcə təşkilatlarının baş mühasiblərinin peşəkar olması tələbi qoyulub

Azərbaycanda büdcə təşkilatlarının baş mühasiblərinin peşəkar olması tələbi qoyulub
# 01 iyun 2018 17:28 (UTC +04:00)

Maliyyə Nazirliyi peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparacaq.

 

APA-nın məlumatına görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin bu gün imzaladığı fərmanla təsdiqlədiyi “Mühasibat uçotu haqqında” qanunda dəyişikliklər edilməsi barədə” qanunda əksini tapıb.

 

Dəyişikliyə əsasən, peşəkar mühasib sertifikatının verilməsi məqsədi ilə imtahanların keçirilməsi və sertifikatların verilməsi müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən, peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən peşəkar mühasib sertifikatının qüvvədə olma müddəti beş ildir. Peşəkar mühasib kimi fəaliyyətini davam etdirmək istəyən şəxs peşəkar mühasib sertifikatının qüvvədə olma müddətinin son ilində növbəti sertifikatı almaq üçün müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən keçirilən imtahanlarda iştirak etməli və yenidən peşəkar mühasib sertifikatı almalıdır. Peşəkar mühasib sertifikatı alaraq fəaliyyətə başlayan şəxs sonradan eyni standart üzrə iki dəfə sertifikat aldıqda, sonuncu sertifikat şəxsə ömürlük verilir və həmin şəxs sertifikatda qeyd olunan standart üzrə peşəkar mühasib kimi fəaliyyətini davam etdirməsi üçün hər hansı imtahana cəlb olunmur.

 

Qüvvəyə minən qanuna əsasən bundan sonra paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, qiymətli kağızları fond birjasında dövriyyədə olan hüquqi şəxslər istisna olmaqla, digər ictimai əhəmiyyətli qurumların, iri sahibkarlıq subyektlərinin, büdcə təşkilatlarının və illik maliyyə hesabatlarını və ya birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını dərc edən publik hüquqi şəxslərin baş mühasibləri peşəkar olmalıdırlar. Dəyişikliyə əsasən kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş uçotun aparılması qaydaları ləğv edilib. Milli Mühasibat Uçotu Standartlarının tətbiqi ilə bağlı müddəaların çıxarılması nəzərdə tutulduğu üçün qanunda Mühasibat Uçotu üzrə Məsləhət Şurasının yaradılması və fəaliyyətinin tənzimlənəsi ilə bağlı maddələr ləğv edilib.

 

Qanun ilə ölkə ərazisində fəaliyyət göstərən mühasibat uçotu subyektləri tərəfindən beynəlxalq standartlara keçid təmin ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR