Bank Of Baku

Azərbaycanda daha bir bank Mərkəzi Bankın məcmu kapitala olan tələbini yerinə yetirib

Azərbaycanda daha bir bank Mərkəzi Bankın məcmu kapitala olan tələbini yerinə yetirib
# 04 dekabr 2014 07:56 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "Günay Bank" ASC-nin nizamnamə kapitalı 65 mln. manata çatdırılıb.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, bu ilin sentyabrın 4-də qeydə alınmış səhm paketindən 9160 ədəd səhm satılıb və bunun nəticəsində nizamnamə kapitalında 43 812 280 manat məbləğində artım olub.

 

Beləliklə, Azərbaycan Mərkəzi Bankın (AMB) 2015-ci il yanvarın 1-nə ölkədə fəaliyyət göstərən bankların minimum kapitalına 50 mln. manat məbləğində olan tələbi tam qarşılanıb və hətta tələbdən 15 mln. manat çox olub.

 

Noyabrın 28-də AMB-nin icazəsi ilə "Günay Bank"ın nizamnaməsində nizamnamə kapitalının 64 910 093 manat olması haqqında dəyişiklik edilib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR