Bakı. Musa Əhmədov - APA-Economics. Cənub-Şərqi Avropa üzrə Avropa Fondu (EFSE) “Muğanbank” ASC-nin aqrar-sənaye kompleksi sahəsində kreditləşmənin inkişafı üçün 5 mln. dollar məbləğində kredit ayırıb.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, ayrılmış kredit Azərbaycanın kənd təsərrüfatı rayonlarında mikro, kiçik və orta sahibkarlığın inkişafına yönəldiləcək.