Bank Of Baku

Azərbaycanda daha bir BOKT müflis elan edilib

Azərbaycanda daha bir BOKT müflis elan edilib
# 11 iyul 2018 06:00 (UTC +04:00)

Bakı 1 saylı İnzibati-İqtisad Məhkəməsinin bu ilin mayın 25-də qətnaməsi ilə borclu-bank olmayan kredit təşkilatı “Vijn Fond AzərKredit” MMC müflis elan edilib.

 

APA-Economics” Vergilər qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, “Gəncə Konsultant” ASC BOKT-un əmlak inzibatçısı təyin edilib.

 

Kreditorlar borcluya qarşı olan tələblərini  bildirişin dərc edildiyi tarixdən ən geci 60 gün keçənədək yazılı şəkildə müraciət edə bilərlər.

 

Kreditorların ilkin yığıncağı bu ilin iyulun 26-da keçiriləcək.  

 

Qeyd edək ki, “Vijn Fond Azərkredit” Azərbaycan manatının 2015-ci ildəki devalvasiyasından sonra kredit ödənişlərinin gecikməsi və buna görə kreditorlar qarşısında öhdəliklərini vaxtında yerinə yetirə bilmədiyindən iflas elan edilməsi iləbağlı bu ilin fevralın 22-də məhkəməyə müraciət etdiyini bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR