Bank Of Baku

Azərbaycanda kommersiya banklarının xarici borclanması artır

Azərbaycanda kommersiya banklarının xarici borclanması artır
# 05 mart 2015 13:47 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankların məcmu xarici öhdəliklərinin həcmi son bir ildə  765,9 mln. manat və ya 18,37% artaraq 2015-ci ilin fevralın 1-nə 4 935,6 mln. manat təşkil edib.

 

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, 2014-cü ilin dekabrı ilə müqayisədə yanvarda xarici öhdəliklərin həcmi 50,1 mln. manat və ya 1% azalıb.

 

Qeyd edək ki, bankların məcmu xarici aktivlərin həcmi 2015-ci ilin fevralın 1-nə 3098,6 mln. manat təşkil edib ki, bu da 2014-ci ilin müvafiq dövrü ilə müqayisədə 739,5 mln. manat və ya 31,35% çoxdur. Məcmu xarici aktivlərin həcmində ötən ilin dekabr ayı ilə  müqayisədə bu ilin yanvarda 54,5 mln. manat və ya 1,73%-lik azalma baş verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR