Bank Of Baku

Azərbaycanda pul kütləsi artıb

Azərbaycanda pul kütləsi artıb
# 27 noyabr 2014 08:27 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2014-cü ilin noyabr ayının 1-nə 21 372,1 mln. manat təşkil edib ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 3 504,7 mln. manat və ya 19,62% çoxdur.

 

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, eyni zamanda sentyabr ayı ilə müqayisədə bu ilin oktyabrında geniş mənada pul kütləsi 239 mln. manat və ya 1,13% artıb. Yanvar-oktyabr aylarında isə geniş mənada pul kütləsində 12,2%-lik artım qeydə alınıb.

 

Qeyd edək ki, M3 aqreqatın strukturuna banklardan kənarda nağd pullar, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir.


Eyni zamanda manat pul kütləsi (M2 aqreqatı) illik müqayisədə 2 352,2 mln. manat və ya 15,66% artaraq noyabrın 1-nə 17 370 mln. manata çatıb, oktyabr ayında isə 2,2 mln. manat və ya 0,01% artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR