Bank Of Baku

Azərbaycanda son bir ildə istehlak kreditləşməsi 7% azalıb

Azərbaycanda son bir ildə istehlak kreditləşməsi 7% azalıb
# 02 iyul 2018 08:41 (UTC +04:00)

Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarında kredit qoyuluşlarının həcmi 2018-ci ilin iyunun 1-nə 11 mlrd. 945,5 mln. manat təşkil edib.

 

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu göstərici 2017-ci ilin eyni dövrü ilə müqayisədə 2 mlrd. 848,5 mln. manat və ya 19,3% azdır.

 

Kredit qoyuluşlarının sahələr üzrə tərkibində ən iri həcm yenə də ev təsərrüfatlarının payına düşür. Belə ki, iyunun 1-nə ev təsərrüfatlarına verilən kreditlərin həcmi 4 mlrd. 799,9 mln. manat təşkil edib ki, bu göstəricinin ümumi kredit qoyuluşlarında çəkisi  40,2%-ə bərabərdir. Ev təsərrüfatlarına verilən kreditlərin həcmi son bir ildə 365,7 mln. manat və ya 7,1% azalıb, mayda isə 110,5 mln. manat və ya 2,36% artıb.

 

Qeyd edək ki, həcm və pay üzrə istehlak kreditlərindən sonra ümumi kredit qoyuluşlarında ən yüksək çəki ilə - 16,7%-lik payla “Ticarət və xidmət”, 15%-lik payla daşınmaz əmlak, 9,2%-lik payla nəqliyyat və rabitə, 5,8%-lik payla sənaye və istehsal, 4,3%-lik payla “İnşaat və əmlak”, 3,9%-lik payla kənd təsərrüfatı və emal, 2,5%-lik payla energetika, kimya və təbii ehtiyatlar sahələrini qeyd etmək olar.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR