Bank Of Baku

Azərbaycandakı bankomatların 60%-ə yaxını Bakıda yerləşir

Azərbaycandakı bankomatların 60%-ə yaxını Bakıda yerləşir
# 12 may 2015 13:53 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycanda 2015-ci il aprelin 1-ə 2 633 ədəd bankomat quraşdırılıb.

 

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, bu, yanvar ayı ilə müqayisədə 15 ədəd və ya 0,6% çoxdur, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 190 ədəd və ya 7,78% çoxdur.

 

Cari ilin aprelin 1-ə bankomatların 1 481-i (keçən ilə nəzərən 7,87% artımla) Bakı şəhərində, 1 152-si (keçən ilə nəzərən 7,66% artımla) isə digər şəhər və rayonlarda yerləşir.

 

Statistikadan da göründüyü ki, ölkə ərazisində quraşdırılan bankomatların 56%-dən çoxu Bakının ərazisində yerləşir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR