Bank Of Baku

Azərbaycanın daha bir bankı Mərkəzi Bankın kapitala olan tələbini yerinə yetirib

Azərbaycanın daha bir bankı Mərkəzi Bankın kapitala olan tələbini yerinə yetirib
# 04 dekabr 2014 14:42 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “DekaBank” ASC-nin nizamnamə kapitalı 52,7 mln. manata çatdırılıb.

 

Bankdan “APA-Economics”ə verilən məlumata görə, kapitalın artımına səhm emissiyası hesabına nail olunub. Belə ki, oktyabrın 16-də “DekaBank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağında bankın nizamnamə kapitalının 52,7 mln. manata çatdırılması ilə bağlı qərar qəbul edilib.

 

Bu ilin noyabrın 14-də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən “DekaBank”ın hər birinin nominal dəyəri 1 100 manat olan 47 970 ədəd adi səhmlərinin emissiyası qeydiyyata alınıb. Nəticədə bankın nizamnamə kapitalı 24 mln. manatdan 52,8 mln. manata, məcmu kapitalı isə 30,8 mln. manatdan 59,6 mln. manata qədər artıb. Bununla da, bank Mərkəzi Bankın kapitala dair minimum tələbi yerinə yetirib. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR