Bank Of Baku

Azərbaycanla AİB arasında 250 mln. dollarlıq kredit müqaviləsi imzalanıb

Azərbaycanla AİB arasında 250 mln. dollarlıq kredit müqaviləsi imzalanıb
# 25 iyun 2018 09:17 (UTC +04:00)

Azərbaycan hökuməti və Asiya İnkişaf Bankı (AİB) “Dövlət sektorunda effektivliyin artırılması və idarəedilməsi Altproqramı 1” üzrə 250 mln. dollarlıq kredit müqaviləsi imzalayıb.

 

APA-Economics” AİB-in yayadığı məlumata istinadən xəbər verir ki, müqaviləni iyunun 8-də maliyyə naziri Samir Şərifov və AİB-in Azərbaycan nümayəndəliyinin rəhbəri Nariman Mannapbekov imzalayıb.

 

Proqramın əsas məqsədi dövlət sektorunda idarəetmənin gücləndirilməsi və maliyyə sektorunun dərinləşdirilməsi, Azərbaycan iqtisadiyyatının diversifikasiyasını təmin etməkdən ibarətdir. Proqramın həyata keçirilməsi ölkədə vergi-büdcə planlamasının təkmilləşdirilməsinə yardım edəcək.

 

Qeyd edək ki, AİB-in Direktorlar Şurası 2017-ci ilin dekabrında “Dövlət sektorunda effektivliyin artırılması və idarəedilməsi Altproqramı 1” layihəsinin həyata keçirilməsi üçün Azərbaycana 250 mln. dollar kreditin ayrılmasını təsdiq edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR