Bank Of Baku

Bakı Fond Birjasının dövriyyəsi 10 mlrd. manata çatıb

Bakı Fond Birjasının dövriyyəsi 10 mlrd. manata çatıb
# 07 iyun 2018 09:35 (UTC +04:00)

2018-ci ilin yanvar-may ayları ərzində Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 3 dəfə artaraq 9 mlrd. 950 mln. 814 min 603 manat təşkil edib.

 

APA-Economics”in məlumatına görə, bütün alətlər üzrə BFB-da keçirilmiş hərracların müqayisəli cədvəlinə nəzər salanda məlum olur ki, 2017-ci ilin beş ayı ilə müqayisədə bu ilin eyni dövründə qiymətli kağızlar bazarı 6,9 dəfə artaraq 4 mlrd. 932 mln. 227 min 447,89 manat təşkil edib.

 

Pay və borc alətləri bazarı isə azalıb. Başqa sözlə, son 1 ildə pay bazarı 88,8% azalaraq 67 mln. 270 mln. 76 manata, borc alətləri bazarı 0,7% azalaraq 282 mln. 478 min 691 manat olub.

 

Törəmə Maliyyə Alətləri Bazarında (Forex) isə vəziyyət ürəkaçan olub. Müqayisə olunan dövrdə Törəmə Maliyyə Alətləri Bazarı 2,5 dəfə  artaraq 4 mlrd. 290 mln. 606 min 602 manat olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR