Bakı Fond Birjasının (BFB) səhmdarlarına dividend ödənilib.
Bu barədə "APA-Economics"ə BFB-dən məlumat verilib.
Məlumata görə, “Bakı Fond Birjası” QSC-nin 25 may 2018-ci il tarixində keçirilmiş səhmdarlarının növbəti Ümumi Yığıncağında qəbul edilmiş qərara əsasən BFB-nin səhmdarlarına 2017-ci il üzrə xalis mənfəətdən hər bir adi adlı səhm üzrə 80 manat olmaqla (bir səhmin nominal dəyərinin 40% məbləğində) dividendin ödənilməsi həyata keçirilib.