Bank Of Baku

Bakıda gömrükçülər üçün "Qış məktəbi" təqaüd proqramı üzrə təlim keçirilir

Bakıda gömrükçülər üçün "Qış məktəbi" təqaüd proqramı üzrə təlim keçirilir
# 23 yanvar 2018 11:40 (UTC +04:00)

Bu gün Ümumdünya Gömrük Təşkilatının Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin "Qış məktəbi" təqaüd proqramı üzrə növbəti təlimi başlayıb.

 

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, tədbir Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) Bakı Regional Ofisi və Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə baş tutub.

 

Təlimdə Rusiya Federasiyası Şimal-Qərb İdarəçilik İnstitutunun, Çinin Pekin Beynəlxalq Biznes və İqtisadiyyat Universitetinin, eləcə də Dövlət Gömrük Komitəsinin Akademiyasının, Azərbaycan Dövlət İqtisad Universitetinin və Bakı Ali Neft Məktəbinin tələbələri iştirak edir.

 

Təlimin birinci günü "Tarif təsnifatı və preferensial mənşə qaydaları" mövzusuna həsr olunub. Bu mövzuda məruzə ilə Rusiya Federasiyası Şimal-Qərb İdarəçilik İnstitutunun texniki elmlər üzrə fəlsəfə doktoru Qalina Fedotova çıxış edib.

 

Xatırladaq ki, INCU-nun "Qış məktəbi" təqaüd proqramı üzrə təlimi yanvarın 27-dək davam edəcək. Bu, Azərbaycanda INCU-nun "Qış məktəbi" təqaüd proqramı üzrə üçüncü təlimidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR