Bakı. Musa Əhmədov - APA-Economics. İcbari Sığorta Bürosu (İSB) tərəfindən növbəti kompensasiya ödənişi həyata keçirilib.
İSB-dən “APA-Economics”ə verilən məlumata görə, bu ilin martın 8-də Bakı şəhəri, Sabunçu rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsində ailə üzvünün vəfatı ilə əlaqədar Azərbaycan vətəndaşına 5000 manat məbləğində kompensasiya ödənişi verilib.