Bank Of Baku

Bankların məcmu mənfəəti 500 mln. manata çatır

Bankların məcmu mənfəəti 500 mln. manata çatır
# 03 noyabr 2017 13:26 (UTC +04:00)

2017-ci il sentyabrın 30-na bank sektorunun xalis mənfəəti 479,7 mln. manat təşkil edib.


"APA-Economics" Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) açıqladığı hesabata istinadən xəbər verir ki, sentyabrın sonuna bankların faiz gəlirləri 1 mlrd. 437,3 mln. manat, faiz xərcləri isə 687,8 mln. manat olub.


Qeyd edək ki, sentyabrın 30-na banklar kreditlər üzrə faizlərdən 1 mlrd. 58,2 mln. manat əldə edib, depozitlər üzrə xərclər isə 284,5 mln. manata çatıb.


Qeyd edilən dövrdə bank sektorunun iştirakçılarının xalis faiz gəliri 749,6 mln. manat təşkil etdiyi halda, qeyri-faiz gəlirləri 779,7 mln. manat, qeyri-faiz xərcləri isə 708,5 mln. manat olub. Sentyabrın sonuna bankların əməliyyat mənfəəti 820,8 mln. manata çatıb.


Hesabat dövrü ərzində banklar tərəfindən aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 321,3 mln. manat vəsait ayrılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR