Bakı. Musa Əhədov - APA-Economics. 2015-ci ildə Azərbaycanda ÜDM real ifadədə 1,1% artıb.
"APA-Economics" xəbər verir ki, bunu Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatı Milli Məclisdə təqdim edən baş nazir Artur Rəsizadə deyib.
Baş nazirin sözlərinə görə, ötən il ölkənin qeyri-neft sektoru 10% artıb: "Hesabat dövründə əsas kapitala yatırılan vəsaitin 55%-i qeyri-neft sektorunun payına düşüb. Maliyyə sektorunda çətinliyə baxmayaraq inflyasiya tək rəqəmli səviyyədə saxlanılıb. Ötən il makroiqtisadi tarazlığın qorunması manatın devalvasiyasını zəruri edib".
A. Rəsizadə əlavə edib ki, ötən il dövlət büdcəsinin icrası zamanı prioritet əhəmiyyət kəsb edən layihələrin maliyyələşdirilməsində heç bir problem olmayıb.