Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı Azərbaycanda nizamnamə kapitalı 30 min dollar olan şirkət yaradıb.
“APA-Economics” “Vergilər” qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir ki, qanuni təmsilçisi Ali Salem Obaid Mohammed Alfarsi olan “Ali Alfarsi” MMC mayın 8-də dövlət qeydiyyatına alınıb.
Şirkətin hüquqi ünvanı Abşeron rayonu, Xırdalan şəhəri, Memar Əcəmi ev 18, döngə 2-də yerləşir.