Bank Of Baku

Bu il Azərbaycan buğda idxalını artırıb

Bu il Azərbaycan buğda idxalını artırıb
# 21 iyun 2018 09:43 (UTC +04:00)

Bu ilin yanvar-may ayları ərzində Azərbaycan 84 mln. 122,13 min dollar dəyərində 481 min 10,20 ton buğda idxal edib.

 

Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

 

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin yanvar-may ayları ilə müqayisədə 138 min 392,02 ton və ya 40,39% çoxdur. Məbləğ baxımından isə illik nisbətdə 19 mln. 828,36 min dollar və ya 30,84% çoxdur.

 

Qeyd edək ki, 2017-ci ilin yanvar-may aylarında Azərbaycana xarici ölkələrdən 64 mln. 293,77 min dollar dəyərində 342 min 618,18 ton buğda idxal edilib.

 

Qeyd edək ki, 2018-ci ilin yanvar-may aylarında buğda idxalı Azərbaycanın ümumi idxalının 2,18%-ni təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR