Bank Of Baku

Bu il Azərbaycan kərə yağının idxal xərclərini 45% artırıb

Bu il Azərbaycan kərə yağının idxal xərclərini 45% artırıb
# 21 iyun 2018 11:10 (UTC +04:00)

Bu ilin yanvar-may ayları ərzində Azərbaycan 36 mln. 336,28 min ABŞ dolları dəyərində 6 147,82 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edib.

 

APA-Economics” xəbər verir ki, bu barədə məlumat Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatında yer alıb.

 

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin 5 ilə müqayisədə 143 ton və ya 2,27% azdır. Məbləğ baxımından isə illik nisbətdə 11 mln. 247,57 min dollar və ya 44,83% çoxdur.

 

Qeyd edək ki, 2017-ci ilin yanvar-may aylarında Azərbaycana xarici ölkələrdən 25 mln. 088,71 min dollar dəyərində 6 290,82 ton kərə yağı və süddən hazırlanmış digər yağlar idxal edilib.

 

Qeyd edək ki, 2018-ci ilin yanvar-may aylarında kərə yağı və süddən hazırlanmış digər yağlar məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 0,94%-ni təşkil edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR