Bank Of Baku

Bu il Azərbaycan təbii qaz ixracını 11% azaldıb

Bu il Azərbaycan təbii qaz ixracını 11% azaldıb
# 20 iyun 2018 13:57 (UTC +04:00)

Bu ilin yanvar-may ayları ərzində Azərbaycan 498 mln. 842,45 min ABŞ dolları dəyərində 2 mlrd. 742 mln. 787,93 min kubmetr təbii qaz ixrac edib.

 

Bu barədə “APA-Economics” Dövlət Gömrük Komitəsinin xarici ticarətin gömrük statistikasının aylıq hesabatına istinadən məlumat verib.

 

Məlumata görə, bu, həcm baxımından 2017-ci ilin 5ayı ilə müqayisədə 354 mln. 954,43 min kubmetr və ya 11,46% azdır. Məbləğ baxımından isə illik nisbətdə 16 min 301,91 dollar və ya 3,16% azdır.

 

Qeyd edək ki, 2017-ci ilin yanvar-may ayında Azərbaycandan xarici ölkələrə 515 mln. 144,36 min dollar dəyərində 3 mlrd. 097 mln. 742,36 min kubmetr təbii qaz ixrac edilib.

 

Qeyd edək ki, 2018-ci ilin yanvar-may aylarında təbii qazın ixracı Azərbaycanın ümumi ixracda 6,77%-ni təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR