2018-ci ilin əvvəlindən indiyədək dünyada 1,1 mlrd. dollar həcmində kriptovalyuta oğurlanıb.
“APA-Economics” “Anycoin” nəşrinə istinadən xəbər verir ki, bu barədə kibertəhlükəsizlik sahəsində çalışan “Carbon Black” şirkəti məlumat yayıb.
Araşdırmalar göstərir ki, çox vaxt kiberhücumlara kriptobirjalar məruz qalıb. Belə ki, kiber hücumların 27%-i kriptobirjaları hədəf alıb. Hücumların 21%-i şirkətlərə yönəlib: "Bu zaman şirkətlərin daxili sistemləri sındırılıb və əvəzində onlardan kriptovalyuta ödənilməsi tələbi irəli sürülüb".
Hakerlərin 10%-i “Bittcoin”, 11%-i “Ethereum”, 44%-i “Monero”nu hədəf alıb. Kriptovalyuta oğurluğu daha çox ABŞ-da qeydə alınıb- 24%. Bu müddət ərzində Çində 10%, Böyük Britaniyada isə 8% kiberqarət baş tutub.
Proqramı sındırmaq üçün zərərverici proqram təminatının hər birinin qiyməti 1,04 dollar səviyyəsindən başlayır.
Qeyd edək ki, belə oğurluqlarla çox vaxt işsiz mühəndislər, həmçinin mütəşəkkil qruplaşmalar məşğul olurlar.