Bu ilin yanvar-may ayları ərzində Naxçıvan Muxtar Respublikasında təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları davamlı olaraq yaxşılaşdırılıb.
Naxçıvan Dövlət Statistika Komitəsindən “APA-Ecionomics”ə verilən məlumata görə, bu ilin yanvar-may aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 22 mln. 891 min 300 manat məbləğində kreditlər verilib. Bu da bir il öncəki göstəricidən 2,5 dəfə çoxdur.
Verilmiş kreditlərin 2 mln. 306 min 100 manatı və yaxud 10,1%-i qısamüddətli, 20 mln. 585 min 200 manatı və yaxud 89,9%-i uzunmüddətli kreditlər olub.
Bu ilin 1 iyun tarixinə muxtar respublikanın banklarında açılmış bank hesablarının sayı 71 969-a çatıb. Bu, ötən ilin yanvar-may ayları ilə müqayisədə 12189 və ya 20,4% çoxdur. Bunun da 62 984-ü və ya 87,5 %-i aktiv hesablardır. Bu ilin yanvar-may aylarında açılmış 7123 bank hesabının 7036-sı aktiv hesablar olub.
Muxtar respublikada quraşdırılmış POS-terminalların sayı bu ilin 1 iyun tarixinə 1266-ya çatdırılıb. BU da ötən ilin 5 ayı ilə müqayisədə 17 ədəd və ya 1,36% artıb.