Bank Of Baku

Bu il torpaq icarəsindən büdcə daxilolmaları 51,6% artıqlaması ilə yerinə yetirilib

Bu il torpaq icarəsindən büdcə daxilolmaları 51,6% artıqlaması ilə yerinə yetirilib
# 27 iyun 2018 08:41 (UTC +04:00)

Torpaqların icarəsindən büdcə daxilolmaları 151,6 faiz yerinə yetirilmişdir

 

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən daşınmaz dövlət əmlakının, o cümlədən torpaq sahələrinin icarəsindən dövlət büdcəsinə daxilolmaların təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

 

Komitədən “APA-Economics”ə verilən xəbərə görə, 2018-ci ilin yanvar-may ayları ərzində dövlət və özəlləşdirilən müəssisə və obyektlərin, habelə qeyri-dövlət vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsindən  dövlət büdcəsinə 3,76 mln. manat vəsait ödənilib ki, bununla proqnoz tapşırıq 151,6% yerinə yetirilib.

 

Eyni dövrdə qeyri-yaşayış sahələrinin icarəyə verilməsindən isə dövlət büdcəsinə 830 min manat məbləğində vəsaitin ödənilməsi təmin edilib. Beləliklə, cari ilin 5 ayı ərzində Əmlak Məsələləri Dövlət Komitəsi xətti ilə dövlət əmlakının icarəsindən dövlət büdcəsinə 4,6 mln. manat vəsait köçürülüb.

 

2018-ci il üçün daxilolmalar üzrə müəyyən edilmiş proqnoz tapşırığa əsasən dövlət əmlakının icarəyə verilməsindən il ərzində dövlət büdcəsinə 8 mln. (6,2 mln. manat torpaq sahələri üzrə və 1,8 mln. manat qeyri-yaşayış sahələri üzrə) manat vəsaitinin ödənilməsi nəzərdə tutulub.

 

ƏMDK tərəfindən 2017-ci il ərzində dövlət əmlakının icarəsindən dövlət büdcəsinə  8,7 mln. manat vəsaitin köçürülməsi təmin edilib. Bunun 6,8 mln. manatı (proqnoz tapşırığa nisbətdə 110,0%) dövlət və özəlləşdirilən müəssisə və obyektlərin, habelə qeyri-dövlət vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahələrinin icarəyə verilməsindən, 1,9 mln. manatı (Proqnoz Tapşırığın 105%) isə qeyri-yaşayış sahələrinin icarəyə verilməsindən daxil olub ki, bu da ötən ilin proqnoz göstəricisinin artıqlaması ilə icra olunması deməkdir.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR