Bank Of Baku

Bu ilin altı ayında Azərbaycandan ixrac təşviqi şamil edilən 30 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edilib

Bu ilin altı ayında Azərbaycandan ixrac təşviqi şamil edilən 30 milyon dollarlıq qeyri-neft məhsulu ixrac edilib
# 02 iyul 2018 13:57 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycanın ixrac təşviqi şamil olunan qeyri-neft məhsullarının ixracı 29 mln. 495 min dollar təşkil edib.

 

APA-Economics”in məlumatına görə, bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) vitse-prezidenti Yusif Abdullayev deyib.

 

Onun sözlərinə görə, bu, 2017-ci il ərzindəki göstəricidən çoxdur: “Bu müddət ərzində sahibkarlara 2 milyon 185 min manat ixrac təşviqi ödənilib".

 

Y.Abdullayev bildirib ki, artıq Azərbaycandan ixrac edilən yumurta, qabığı təmizlənmiş meşə fındığı, zeytun yağı və meyvə çaxırları (üzüm çaxırı istisna olmaqla) da ixrac təşviqi mexanizminin tətbiq edildiyi məhsulların siyahısına daxil edilib.

 

Xatırladaq ki, Nazirlər Kabinetinin 25 iyun 2018-ci il  qərarına əsasən, “İxrac təşviqinin ödənilməsi Qaydası”na dəyişikliklər edilib və ixrac təşviqi şamil olunan qeyri-neft məhsullarının sayı artırılıb. Bununla əlaqədar olaraq, sahibkarların məlumatlandırılması məqsədi ilə İqtisadiyyat Nazirliyinin dəstəyi və AZPROMO-nun təşkilatçılığı ilə keçirilən tədbirdə 40-a yaxın sahibkar iştirak edib.

 

Y. Abdullayev özəl bölmənin inkişafına göstərilən dövlət dəstəyi tədbirləri barədə məlumat verib, ixrac təşviqinin ödənilməsi mexanizminin tətbiq edildiyi məhsulların sayının artırılmasının sahibkarlar üçün əlavə imkanlar yaratdığını vurğulayıb. O, ixracatçıları yaradılmış əlverişli şəraitdən yararlanmağa dəvət edib.

 

Sonra AZPROMO-nun əməkdaşları “İxrac təşviqinin ödənilməsi Qaydası”na dəyişikliklər barədə təqdimatlarla çıxış edib, sahibkarların suallarını cavablandırıblar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR