Bank Of Baku

Bu ilin I yarısında Azərbaycanın kredit təşkilatlarının 607 mln. manatlıq yeni səhmləri qeydiyyata alınıb

Bu ilin I yarısında Azərbaycanın kredit təşkilatlarının 607 mln. manatlıq yeni səhmləri qeydiyyata alınıb
# 30 iyul 2018 15:27 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Maliyyə Bazarlarına Nəzarət Palatası kredit təşkilatlarına aid 7 ədəd, 607,2 mln. manatlıq, digər təşkilatlara aid 26 ədəd 199,4 mln. manatlıq, sığorta təşkilatlarına aid isə 2 ədəd 50,8 mln. manatlıq səhm emissiyasını dövlət qeydiyyatına alıb.

 

"APA-Economics" xəbər verir ki, bu barədə məlumat Maliyyə Bazarlarına Nəzarət Palatasının 2018-ci ilin I yarımilliyi üzrə qiymətli kağızlar bazarının icmal göstəricilərində qeyd olunub.

 

Məlumata görə, hesabat dövründə həmçinin kredit təşkilatlarının 23 ədəd 2,2 mln. manatlıq, digər təşkilatların isə 8 ədəd 849,3 mln. manatlıq istiqraz emissiyaları qeydiyyata alınıb.

 

Xatırladaq ki, bu ilin yanvar-mart aylarında Maliyyə Bazarlarına Nəzarət Palatası kredit təşkilatlarına aid 4 ədəd, 317 mln. manatlıq, digər təşkilatlara aid 8 ədəd 135,3 mln. manatlıq, sığorta təşkilatlarına aid isə 1 ədəd 4,6 mln. manatlıq səhm emissiyasını dövlət qeydiyyatına alıb. İlin ilk üç ayında həmçinin kredit təşkilatlarının 6 ədəd 1 mln. manatlıq, digər təşkilatların isə 2 ədəd 13 mln. manatlıq istiqraz emissiyaları qeydiyyata alınıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR