2018-ci ilin may ayında Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postundan ümumilikdə 58933 nəqliyyat vasitəsi keçib.
"APA-Economics"in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsində Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin Texnoloji İnnovasiyalar İdarəsinin rəisi Azər Abasov deyib.
O bildirib ki, gün ərzində "Sınıq Körpü" gömrük postunda idxal və ixrac xəttindən ümumi olaraq 2000-ə yaxın nəqliyyat vasitəsi yoxlanılır.