Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş məlumat əsasında idarənin “Samur” gömrük postunda ölkəmizdən Rusiya istiqamətinə gedən Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Hyundai Sonata” markalı minik avtomobilinə gömrük baxışı həyata keçirilib, eləcə də vətəndaşın üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, yoxlama zamanı avtomobildən və vətəndaşın üzərindən gömrük orqanlarına bəyan edilməyib, ümumilikdə 2 milyon 820 min 500 Rusiya rublu aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.