Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Qaxda vətəndaşları qəbul edib.
APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Prezident İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinin bölgələrdə vətəndaşlarla görüşü qrafikinə uyğun olaraq bu gün DGK sədri, gömrük xidməti general-leytenantı S. Mehdiyev Qax şəhərindəki Heydər Əliyev Mərkəzinin inzibati binasında Balakən, Zaqatala və Qax rayon sakinlərini, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünləri qəbul edib, onların müraciətlərini dinləyib.
Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.
Qəbul zamanı DGK sədri S. Mehdiyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.