Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin fevral ayında Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalar 139 mln. 635,7 min manat təşkil edib.
“APA-Economics”in DGK-yə istinadən verdiyi xəbərə görə, bu, 2015-ci ilin eyni dövrü ilə müqayisədə 33 mln. 851,45 min manat və ya 32% çoxdur.
Ötən ay gömrük rüsumları üzrə dövlət büdcəsinə daxilolmalar 39 mln. 436,36 min manat, idxal edilən malların əlavə dəyər vergisi üzrə 96 mln. 686,58 min manat, aksizlər üzrə 1 mln. 300,76 min manat, yol vergisi üzrə isə 2,212 mln. manat təşkil edib.