Azərbaycanda adambaşına düşən ümumdaxili məhsul (ÜDM) 5 859 dollar təşkil edir.
“APA-Economics” Dünya İqtisadi Forumunun (World Economic Forum (WEF)) “İnklüziv inkişaf indeksi – 2018” adlı hesabatına istinadən xəbər verir ki, ölkədə əməyin məhsuldarlığı 33 242 dollar dəyərindədir.
Hesabatda qeyd olunub ki, Azərbaycanda sağlam ömür yaşı 64 il 7 ay, məşğulluq 61,9%, yoxsulluq isə 2,7%-dir.