Bank Of Baku

Əcnəbilər Azərbaycanda bank kartları ilə 620 mln. manatlıq əməliyyat aparıb

Əcnəbilər Azərbaycanda bank kartları ilə 620 mln. manatlıq əməliyyat aparıb
# 30 iyul 2018 10:43 (UTC +04:00)

2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana dünyanın 189 ölkəsindən 1 mln. 325 min və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,2% çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

 

"APA-Economics" xəbər verir ki, bu barədə məlumat İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2018-ci ilin iyul ayı üçün buraxılışında öz əksini tapıb.

 

2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 620,4 milyon manat təşkil edib. Yəni, 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 2018-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycana gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatların dəyəri 113 milyon manat və ya 22,3% artıb.

 

2018-ci ilin iyun ayında isə ölkəmizə gələn xarici vətəndaşların bank kartları vasitəsi ilə apardıqları əməliyyatları 106,7 milyon manat təşkil edib və ötən ilin iyun ayı ilə müqayisədə 27,3 faiz artıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR