Bank Of Baku

Elman Mehdiyev: "Sosial sığorta haqlarının normativ strukturunun dəyişdirilməsi təxirə salınıb"

Elman Mehdiyev: "Sosial sığorta haqlarının normativ strukturunun dəyişdirilməsi təxirə salınıb"
# 15 mart 2016 11:56 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "Sosial sığorta haqlarının normativ strukturunun dəyişdirilməsi müəyyən müddətə təxirə salınıb".

"APA-Economics" xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev deyib.

Onun sözlərinə görə, fondun apardığı tədqiqatlar göstərib ki, hazırkı mərhələdə bu nisbətin dəyişdirilməsi hər hansı sistem xarakterli səmərə verməyəcək: “Pensiya islahatı konsepsiyası ilə qəbul edilmiş mühüm istiqamətlərindən biri də sosial sığorta haqlarının normativinin strukturuna yenidən baxılması məsələsi idi. Bu məqsədlə fond Dünya Bankı ilə birgə aktuar tədqiqatlar layihəsini reallaşdırıb. Həmin tədqiqatların əsas istiqamətlərindən biri kimi sosial sığorta haqlarının normativinin  strukturunun dəyişdirilməsi ilə bağlı müəyyən simulyasiyaların verilməsi olub. Bizim apardığımız tədqiqatlar hazırkı mərhələdə bu nisbətin dəyişdirilməsinin hər hansı sistem xarakterli səmərə verməsinin gözləntilərini ortaya qoymayıb. Yəni, tədqiqat göstərir ki, hazırkı iqtisadi müstəvidə sosial sığorta haqlarının  strukturunun dəyişdirilməsi fondun ümumi daxilolmalarına elə də müsbət təsir etməyəcək. Əksinə, əhalinin gəlirlərinin və orta aylıq əmək haqqının hazırkı səviyyəsində işçi üzərinə düşən yükün artırılması müəyyən mənada mənfi təsirlər yarada bilər. Bu baxımdan bizim hazırladığımız qanunvericiliyə dəyişiklik layihəsində qeyd edilən məsələ hələ ki, təxirə salınıb. Bu məsələnin reallaşdırılması üçün ilk növbədə iqtisadi səmərənin olması vacib şərtlərdən biridir. Yəni, DSMF-nin daxilolmalarının artımına qəbul ediləcək qərarlar hansı səviyyədə təsir edəcək? İkincisi, isə əhalinin vəziyyətinə hansı səviyyədə təsir edəcək? Orta aylıq əmək haqqının hazırkı səviyyəsində işçi üzərinə hər hansı bir yükün qoyulması, yəni ondan tutulan sosial sığorta haqqının artırılması müəyyən narazılığa səbəb ola bilər. Daha doğrusu, işçilərin sosial vəziyyəti buna hələ hazır deyil. Bu baxımdan bu qərar hələ ki, təxirə salınır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR