Bakı. Yeganə Laçınzadə - APA-Economics. Əmanətlərin Sığortalanması Fondu ötən həftə Mərkəzi Bankdan 22 mln. manat həcmində vəsait cəlb edib. Bu barədə “APA-Economics”ə fondun icraçı direktoru Azad Cavadov bildirib.
Onun sözlərinə görə, bu rəqəm kompensasiyaların ödənilməsi üçün kifayətdir və kompensasiya ödənişi bitdikdən sonra bir neçə milyon manat da fondun hesabında qalacaq.
Qeyd edək ki, fond tərəfindən sığorta hadisəsi baş vermiş banklara 110 mln. manat kompensasiya ödənilib. Ödənilməli olan kompensasiyanın ümumi məbləği isə təxminən 148 milyon manatdır.
Əmanətlərin Sığortalanması Fondu Mərkəzi Bankdan 22 mln. manat vəsait cəlb edib
12 mart 2016 12:06 (UTC +04:00)
Maliyyə
Samirə Musayeva: Qanunvericilikdə strateji investisiyaların dəstəklənməsi mexanizmləri təkmilləşdirilib
17:31
17 may 2024
Kapital Bank-ın 2023-cü ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirilib
15:27
17 may 2024
BMT: 2024-cü ilin əvvəlindən artan neft qiymətləri Azərbaycan və Qazaxıstanın gəlirlərini artıracaq
15:18
17 may 2024
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
13:25
17 may 2024