Bakı. Musa Əhmədov - APA-Economics. 2015-ci il üçün dövlət büdcəsində elmə ayrılan xərclər 8 mln. manat artırılıb.
“APA-Economics”in məlumatına görə, bunu Milli Məclisdə 2015-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı Maliyyə naziri Samir Şərifov deyib.
Nazirin sözlərinə görə, millət vəkilləri tərəfindən elmə ayrılan xərclərin artırılması məsələsi nəzərdən keçirilib və bu məsələ məqsədəuyğun hesab edilib.
Nazir əlavə edib ki, bu artımdan sonra elmə ayrılan vəsaitin həcmi 150,5 mln. manat təşkil edəcək.