Bank Of Baku

Gömrükçülər xeyli miqdarda zərgərlik məmulatının qanunsuz keçirilməsinin qarşısını alıb

Gömrükçülər xeyli miqdarda zərgərlik məmulatının qanunsuz keçirilməsinin qarşısını alıb
# 29 iyun 2018 09:57 (UTC +04:00)

Tovuz Gömrük İdarəsinin əməkdaşları xeyli miqdarda zərgərlik məmulatının gömrük sərhədindən qanunsuz yolla keçirilməsinə cəhdin qarşısını alıblar.

 

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən "APA-Economics"ə verilən məlumata görə, bu fakt idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı zamanı qeydə alınıb.

 

Yoxlama nəticəsində, avtomobilin salonunda "əlcək qutusu" adlandırılan və kiçik əşyalar üçün nəzərdə tutulan qutuda, gömrük nəzarətindən gizlədilmiş halda, ümumi çəkisi 90 qram olan qızıl-zinət əşyaları aşkar edilib.

 

Aşkar edilən predmetlər - 10 ədəd üzük, 4 cüt sırğa, 6 ədəd kulon, 4 ədəd boyunbağı və 3 ədəd qolbaqdan ibarət olub.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR