Bank Of Baku

Gürcüstan 2021-ci ilədək 3,5 mlrd. dollarlıq infrastruktur layihələri həyata keçirəcək

Gürcüstan 2021-ci ilədək 3,5 mlrd. dollarlıq infrastruktur layihələri həyata keçirəcək
# 24 yanvar 2018 14:31 (UTC +04:00)

“Gürcüstanda bu il infrastruktur layihələrlə bağlı 3,5 mlrd. dollar dəyərində müqavilələr imzalanacaq”.

 

APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstanın infrastruktur və regional inkişaf naziri Zurab Alavidze deyib.

 

O bildirib ki, 2018-ci ildə həyata keçirilməsinə başlanılacaq infrastruktur layihələr həm turizm, həm də su təminatı sahəsi üzrə olacaq: “Bu layihələrlə bağlı müqavilələrin əsas hissəsi ilin ikinci yarısında imzalanacaq. Layihələrin icrası 2021-ci ildə başa çatdırılmalıdır”.

 

Z. Alavidze qeyd edib ki, nəzərdə tutulan layihələr tanışlıq üçün yerli şirkətlərlə yanaşı, xarici investorlara da təqdim olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR