Cari ilin yanvar-oktyabr aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi 8 mlrd. 566,3 mln. dollar təşkil edib.
APA-nın yerli bürosu Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni göstəricisi ilə müqayisədə 12,7% çoxdur.
2017-ci ilin 10 ayı ərzində qonşu ölkənin ixracı 29,4% artaraq 2 mlrd. 203,1 mln. dollar, idxal isə 7,8% artaraq 6 mlrd. 363,3 mln. dollar təşkil edib.
Ticarət dövriyyəsinin kəsiri 4 mlrd. 160,2 mln. dollar olub.