Bank Of Baku

Aydın Rəhmanov İcbari Sığorta Bürosunun Himayəçilər Şurasına üzv seçilib

Aydın Rəhmanov İcbari Sığorta Bürosunun Himayəçilər Şurasına üzv seçilib
# 04 dekabr 2014 13:39 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. İcbari Sığorta Bürosunun (İSB) ofisində büronun iştirakçıları olan sığortaçıların növbədənkənar yığıncağı keçirilib.

 

İSB-dən “APA-Economics”ə verilən məlumata görə, yığıncaqda Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin, İcbari Sığorta Bürosunun və iştirakçı sığortaçıların rəhbər vəzifəli şəxsləri iştirak edib.

 

Yığıncaqda İcbari Sığorta Bürosunun 2014-cü il üzrə fəaliyyəti barədə məlumat verilib, “Audatex” şirkəti ilə əməkdaşlıqdan irəli gələn bir sıra məsələlər müzakirə edilib, “İcbari Sığorta Bürosunun informasiya sisteminə büronun internet səhifəsi vasitəsilə qoşulmağa icazə verilməsi Qaydaları”nın ləğv edilməsi məsələsi, o cümlədən, büronun tərkibində yaradılmış komissiyalar barədə məlumatlar diqqətə çatdırılıb. Bundan başqa, yığıncaqda 2015-ci ildə qarşıda duran vəzifələr müzakirə edilib.

 

Yığıncaqda, həmçinin, iştirakçı sığortaçıları İSB-nin Himayəçilər Şurasında təmsil edən üzvün seçilməsi məsələsinə baxılıb. Belə ki, şuranın sədri Kamal İbrahimovun səlahiyyətlərinə öz ərizəsinə əsasən, vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar onun yerinə “Standard Insurance” sığorta şirkətinin İdarə Heyətinin sədri Aydın Rəhmanov Himayəçilər Şurasına yeni üzv seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR