Bank Of Baku

İndiyədək Xızıda 197 sahibkara 39 mln. manatdan çox güzəştli kredit verilib

İndiyədək Xızıda 197 sahibkara 39 mln. manatdan çox güzəştli kredit verilib
# 07 iyun 2018 13:40 (UTC +04:00)

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin maarifləndirilməsi və investisiya layihələrinin maliyyələşdirilməsi tədbirlərini davam etdirir. Bu gün bu istiqamətdə növbəti tədbir Xızı rayonunda keçirilib.

 

İqtisadiyyat Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, sahibkarlığın güzəştli kreditləşdirilməsinə dair işgüzar forum çərçivəsində Xızı rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan arıçılıq, istixana, intensiv bağçılıq və iri fermer təsərrüfatlarının, şirniyyat, plastik qapı-pəncərə istehsalı müəssisələrinin, kənd turizmi və otelin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.

 

SKMF-nin icraçı direktoru vəzifəsini icra edən Arif Vəliməmmədov fondun özəl bölmənin inkişafında, xüsusən də regionlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlər barədə məlumat verib. Bildirilib ki, indiyədək Xızı rayonundan olan 197 sahibkara 39,2 mln. manat güzəştli kredit verilib, digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan istixana, quşçuluq təsərrüfatlarının, heyvandarlıq kompleksinin, yem emalı müəssisəsinin yaradılması üzrə investisiya layihələri maliyyələşdirilib.

 

İşgüzar forum çərçivəsində Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə 7,1 mln. manat güzəştli kredit verilib. Verilən kreditlər əsasən, istixana kompleksinin yaradılması, heyvandarlıq və s. sahələrin inkişafına yönəldiləcəkdir. Bu kreditlərin reallaşdırılması hesabına 150-dək yeni iş yerinin açılması mümkün olacaq. Ümumilikdə, bugünkü tədbirdə verilən kreditlər də daxil olmaqla, Abşeron iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1245 investisiya layihəsinin maliyyələşdirilməsinə 389,7 mln. manat güzəştli kredit verilib.

 

Tədbir çərçivəsində Xızıda dövlətin güzəştli krediti ayrılan 20 ha ərazidə müasir istixana kompleksində aparılan son tamamlama işlərinə baxış keçirilib.

 

Qeyd edək ki, son illər ümumi dəyəri 476,7 mln. manat, ildə 100 min ton tərəvəz məhsulları istehsal etmək gücündə olan 62 müasir istixana kompleksinin yaradılmasına 203,6 milyon manat güzəştli kredit verilib. Bundan başqa, ümumi dəyəri 620 mln. manat olan istixana komplekslərinin yaradılması üzrə 51 layihəyə investisiya təşviqi sənədi verilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR