Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan piyada gələn Azərbaycanlı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
DGK-dən “APA-Economics”ə verilən məlumata görə, şəxsi yoxlama zamanı, vətəndaşın əlində saxladığı cib dəsmalının arasında, bir ədəd bükümdə xalis çəkisi 3,22 qram olan narkotik vasitə - heroin aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.