Bank Of Baku

İrandan Azərbaycana narkotik vasitənin gətirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik vasitənin gətirilməsinin qarşısı alınıb
# 13 yanvar 2017 07:55 (UTC +04:00)

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana gələn İran vətəndaşı Mohammadı Reza Jamshıdın üzərində şəxsi yoxlama aparılıb.

 

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, yoxlama zamanı adı çəkilən vətəndaşın ayaqqabısından 2 ədəd bükümdə ümumi xalis çəkisi 14,277 qram olan metamfetamin, 1 ədəd bükümdə isə 65 ədəd həb şəklində metadon aşkar edilib.

 

Xatırladaq ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in I Siyahısına, metadon isə “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan  narkotik  vasitələr”in II Siyahısına daxildir.

 

Bundan başqa, İran vətəndaşının corabından 1 ədəd, daxili orqanından (düz bağırsağından) isə 3 ədəd bükümdə olmaqla, ümumi xalis çəkisi 176,480 qram təşkil edən narkotik vasitə - heroin aşkar olunub.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR