Bank Of Baku

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb
# 27 iyun 2018 12:03 (UTC +04:00)

Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşının çantasına baxış keçirilib.

 

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, baxış zamanı, çantadakı vizit kartı qabının içində bir ədəd bükümdə, xalis çəkisi 1,257 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilib.

 

Daha sonra vətəndaşın üzərində şəxsi yoxlama aparılıb. Bu zaman, vətəndaşın daxili orqanında (düz bağırsağında) bir ədəd bükümdə bir-birinə sarınmış iki ədəd kiçik ölçülü bükümlərdə birgə xalis çəkisi 49,716 qram olan metamfetamin aşkar olunub.

 

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na daxildir.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR