Bank Of Baku

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə qızıl keçirmək istəyən şəxs saxlanılıb

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə qızıl keçirmək istəyən şəxs saxlanılıb
# 07 iyun 2016 09:06 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İrandan Azərbaycana idarə etdiyi “Mercedes-Benz E 220” markalı avtomobillə gələn Azərbaycan vətəndaşı hərəkətləri şübhə doğurduğu üçün saxlanılıb və üzərində şəxsi yoxlama aparılması məqsədilə sorğu-sual edilib.

 

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən “APA-Economics”ə verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş üzərində qızıl-zinət əşyalarının olduğunu etiraf edib və 2 ədəd bağlamanı gömrük nəzarətinə təqdim edib. Baxış zamanı həmin bağlamaların içərisində gömrük bəyannaməsində göstərilməmiş, ümumi xalis çəkisi 562,13 qram təşkil edən qızıl-zinət əşyaları aşkar edilərək götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR